Fev
2019
16:40
9
57
1974
Virtual karabakh

Tender komissiyasının iclasları virtual şəkildə təşkil olunacaq

5 Fev, 2019
16:40
1974

Tender komissiyasının iclasları virtual şəkildə təşkil olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İslahat icmalı”nın xüsusi buraxılışı yeni elektron satınalma modelinə həsr olunub. İcmalda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” və Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar imzaladığı fərmanın icrası məqsədilə dövlət satınalmalarının vahid internet portalının yaradılması nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələrinin hazırlanması, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul edilməsi nəzərdə tutulub.

Yeni elektron satınalma modelinə keçid dövlət satınalmalarının həyata keçirilməsi zamanı tətbiq edilən qaydalarla bərabər, ədalətli və rəqabətli iqtisadi imkanların yaradılması məqsədini daşıyır.

Belə ki, elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portalı vasitəsilə onlayn həyata keçiriləcək. Bu məqsədlə satınalan təşkilat illik satınalma planını dövlət satınalmalarının vahid internet portalında yerləşdirəcək. Tender komissiyasının iclasları isə virtual şəkildə təşkil olunmaqla dövlət xərclərinin istifadəsi zamanı şəffaflığın daha da artmasını təmin edəcək.

Eyni zamanda, yeni elektron satınalma modeli çərçivəsində dövlət satınalmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi yaradılır.

Dəyişikliyə əsasən, tender təklifinin təminatı 1-5 faizdən 1 faizə endirilib, malgöndərənlərin şikayətlərinə baxılması müddəti 20 bank günündən 10 bank gününə və çıxarılan qərarlar elektron qaydada təqdim olunmaqla müddəti 3 bank günündən bir bank gününədək azaldılıb.

Bütövlükdə dövlət satınalması üzrə yeni modelin tətbiqi ölkədə rəqabətli satınalma metodlarından istifadəyə imkan verir, tam, etibarlı və vaxtında olan satınalma məlumatlarına ictimai çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://iqtisadiislahat.org/store/media/documents/islahatlar_icmali/2019/fevral/DB_2019_Satinalmalar.pdf

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri