Fev
2019
15:29
37
103
2376
Virtual karabakh

İpoteka ilə ev alanların çoxu kişilərdir

7 Fev, 2019
15:29
2376

İpoteka ilə ev alanların çoxu kişilərdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına 25 mindən çox ipoteka krediti verilib və mənzil alanların 83 faizi kişilərdir.

Oxu.Az xəbər verir ki, fondun açıqladığı məlumata görə, borc alanların 51 faizinin aylıq gəliri 1,1 min manatı ötür və kreditlərin 76,3 faizi Bakının payına düşüb.

Ümumilikdə Bakıda yaşayan 19,099 min Azərbaycan vətəndaşı ipoteka krediti alıb.

01 yanvar 2019-cu il tarixə Sumqayıtda 2,464 min, Abşeron rayonunda (Xırdalan) 1,806 min, Gəncədə 856, Naxçıvanda 270 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərləri arasında bölünür.

Fondun məlumatına əsasən, yanvarın 1-nə agent banklar tərəfindən 1,061 mlrd. manat məbləğində kredit təkrar maliyyələşdirilib.

İpoteka krediti alanların yaş hədləri isə belədir: 18-29 yaş arasında olanlar bütün ipoteka kreditlərinin 36 faizini, 30-35 yaş arasında olanlar 34 faizini və 36 yaşdan yuxarı şəxslər 30 faizini əhatə edir.

2018-ci ildə İKZF ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 50 mln. manat, fondun istiqrazlarının yerləşdirilməsindən 200 mln. manat cəlb edib.

Xatırladaq ki, kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8 faizdən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25 faiz təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4 faizdən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10 faiz təşkil edir.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri