Fev
2019
15:37
11
182
4076
Virtual karabakh

Azərbaycanlılar balıq ovu üçün nə qədər pul ödəyiblər?

7 Fev, 2019
15:37
4076

Azərbaycanlılar balıq ovu üçün nə qədər pul ödəyiblər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 2018-ci ildə 1707,1 ton kvotaya qarşı 1614,1 ton balıq ovlanıb.

Oxu.Az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici 2017-ci illə müqayisədə 67,3 faiz çoxdur.

Balıq ovu ilə ölkədə 194 hüquqi və fiziki şəxs məşğul olub və onlar kvota üçün 84,8 min manat ödəyiblər.

Statistikaya görə, ovlanmış balığın 1072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanmışdı.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri