Fev
2019
16:29
220
28
3796
Virtual karabakh

Mərdəkan-Qala yolunun tikintisi yekunlaşdı - FOTO/VİDEO

8 Fev, 2019
16:29
3796

Mərdəkan-Qala yolunun tikintisi yekunlaşdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 55 min əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, hazırlanmış layihəyə uyğun olaraq avtomobil yolunun II texniki dərəcəyə uyğun bərpa olunub.

Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyat borular atılıb.

Yolun sağ tərəfində 520 mm-lik qaz kəməri yerləşdiyinə görə, əyrixətli metal tirlərdən mühafizə çəpərlərin tikilməsinə ehtiyac olduğu üçün yolun kənarına 2910 paqon-metr uzunluğunda əyrixətli dəmir tirlər və dirəklər quraşdırılıb.

Bundan başqa, layihə boyu hərəkət hissəsinə yaxın olan 100 mm-lik 374 paqon-metr uzunluğunda qaz xətlərinin, 75 paqon-metr uzunluğunda isə su xətlərinin dəyişdirilməsi, bəzi hissələrdə 2100 kv.m mühafizə divarlarının tikilməsi işləri görülüb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri