Fev
2019
19:22
447
145
28642
Virtual karabakh

Avtomat ötürücülü “Khazar” satışa çıxarılır - QİYMƏT

9 Fev, 2019
19:22
28642

Avtomat ötürücülü “Khazar” satışa çıxarılır - QİYMƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomat ötürücülü “Khazar” avtomobilləri fevralın sonunda satışa çıxarılacaq.

Oxu.Az xəbər verir ki, “Azərmaş” İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 17 min manatdan başlayacaq. 

Zavodun direktoru bildirib ki, artıq avtomat ötürücülü avtomobillərin ilk partiyası istehsal olunub:

“Hazırda avtomobillər sınaq müddətindədir. 10 gün sonra həmin avtomobilləri satışda görəcəksiniz”.

O qeyd edib ki, bu il üç min ədəd “Khazar” avtomobilinin istehsalı nəzərdə tutulub:

“Ümumilikdə bizim zavodda istehsal olunan avtomobillərin qiymətləri 13 min 500 manatdan 21 min manatadək dəyişir. Hazırda ölkədə bu qiymətə yeni avtomobil yoxdur”.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri