12 
Fev
2019
13:56
19
71
1521
Virtual karabakh

Milli Məclis Xəzərin statusuna dair Konvensiyanı təsdiqləyib

12 Fev, 2019
13:56
1521

Milli Məclis Xəzərin statusuna dair Konvensiyanı təsdiqləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 12-də Azərbaycan Milli Məclisi Xəzərin statusuna dair Konvensiyanı təsdiqləyib.

Bu barədə Oxu.Az-ın parlamentdəki müxbiri məlumat verib.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov xatırladıb ki, Konvensiya 2018-ci ilin avqustun 12-də imzalanıb. O qeyd edib ki, sənəd Xəzəryanı dövlətlərin, o cümlədən, Azərbaycanın bütün maraqlarına cavab verir.

Bundan əlavə, deputatlar “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq edilməsi haqqında” və “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” sazişləri təsdiq ediblər.

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri