14 
Fev
2019
12:04
22
148
2387
Virtual karabakh

Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq

14 Fev, 2019
12:04
2387

Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb. 

Oxu.Az-ın xəbərinə görə, bunu vergilər naziri Mikayıl Cabbarov nazirlikdə 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında çıxışı zamanı deyib.

Vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyi, vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlərin daha da genişləndiriləcəyini qeyd edən M.Cabbarov vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Mikayıl Cabbarov bu il vergi orqanları qarşısında duran vəzifələrin icrasının təmin edilməsi, vergi orqanlarının fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə qurulması, nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri