14 
Fev
2019
14:40
21
562
2294
Virtual karabakh

Nazir: 15 ildə əməkhaqları yeddi dəfə artıb

14 Fev, 2019
14:40
2294

Nazir: 15 ildə əməkhaqları yeddi dəfə artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 15 ildə Azərbaycanda əməkhaqlarında yeddi dəfə, eləcə də, minimum əməkhaqlarında 6,5 dəfə artım özünü göstərib. 

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. 

“Əhailinin rifah halının yaxşılaşdırılmasında növbəti irəliləyiş olan 8 fevral 2019-cu il tarixli sərəncam cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq, 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40 faizinin və ya 600 mindən çox işçinin əməkhaqlarının artmasına imkan verib.

İlham Əliyevin xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən və ya əhalinin 13 faizindən ibarət olan pensiyaçıları əhatə edir. Müvafiq sərəncamla cari ilin əvvəlindən pensiyaların növbəti dəfə indeksləşdirilərək artırılması təmin olunub”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib:

“Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsində daha bir mühüm addımdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri