15 
Fev
2019
12:43
9
97
1796
Virtual karabakh

Banklarla bağlı bir illik statistika: yeddi milyardlıq alqı-satqı

15 Fev, 2019
12:43
1796

Banklarla bağlı bir illik statistika: yeddi milyardlıq alqı-satqı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda bir ildə yalnız banklar tərəfindən yeddi milyard dollarlıq valyuta alınıb-satılıb.

Oxu.Az xəbər verir ki, Mərkəzi Bankın “Pul siyasəti icmalı”na görə, bunun 5,4 milyard dollarını və yaxud 77%-ni dollarla aparılan əməliyyatlar təşkil edib.

Ümumilikdə, 2018-ci ildə Azərbaycanın valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyillərə uyğun formalaşıb.

İcmalda deyilir ki, ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar il ərzində valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların artması müşahidə edilib.

Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri 25,4 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 83,3%-i dollarda, 16,7%-i isə digər valyutalarda aparılıb, 33%-i banklararası valyuta bazarında, 67%-i isə bankdaxili valyuta bazarında həyata keçirilib.

Banklararası valyuta bazarında dollarla aparılan əməliyyatların 53,5%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. Valyuta əməliyyatları üzrə dövriyyə, əsasən, “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

Bankdaxili valyuta bazarındakı valyuta əməliyyatlarının dəyəri isə 17 milyard dollar ekvivalentində olub ki, bunun da 77%-ni dollarla əməliyyatlar təşkil edib. Valyuta əməliyyatlarının 93%-ni hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri