19 
Fev
2019
16:34
88
23
2119
Virtual karabakh

Əmanətlərin tam sığortalanması müddəti bir il artırılıb

19 Fev, 2019
16:34
2119

Əmanətlərin tam sığortalanması müddəti bir il artırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti bir il artırılıb. 

Oxu.Az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edilib. 

Əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər yenidən qüvvədə olacaq.

Nəticədə, Əmanətlərin Sığortalanması Fonduna üzv bankların qəbul etdiyi əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla, növbəti bir il müddətində də tam sığortalanır. Bu isə o deməkdir ki, banklarla bağlı hər hansı sığorta hadisəsi baş versə, qoyulan vəsait Fond tərəfindən tam həcmdə əmanətçiyə qaytarılır.

Kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri