20 
Fev
2019
14:38
31
79
1554
Virtual karabakh

Bakıda beynəlxalq forum işə başlayıb - FOTO

20 Fev, 2019
14:38
1554

Bakıda beynəlxalq forum işə başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə” mövzusunda Forum öz işinə başlayıb. 

Bununla bağlı Vergilər Nazirliyi məlumat yayıb.

Tədbirdə IOTA-ya üzv olan 29 ölkənin nümayəndəsi iştirak edir. 

Forumun təşkilində məqsəd Avtomatik məlumat mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Əməletməsi Aktı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə kömək göstərməkdən ibarətdir.

Vergilər naziri Mikayıl Cabbarov Forumda çıxış edərək bildirib ki, Azərbaycanın vergi administrasiyası vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə beynəlxalq təşkilatların və digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.

Vergilər Nazirliyinin 2002-ci ildən etibarən IOTA-ya tam hüquqlu üzv olduğunu qeyd edən vergilər naziri bu təşkilatın vergi sistemini qabaqcıl təcrübələr əsasında inkişaf etdirmək üçün vacib platforma rolu oynadığını vurğulayıb. 

Forum öz işini sessiyalarda davam etdirib. 

Forum öz işini fevral ayının 21-dək davam etdirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri