21 
Fev
2019
10:42
286
18
13964
Virtual karabakh

Birmərtəbəli binaların tikintisinə icazə elektronlaşdırılıb - VİDEO

21 Fev, 2019
10:42
13964

Birmərtəbəli binaların tikintisinə icazə elektronlaşdırılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Tikinti və Şəhərsalma Komitəsi və “ASAN xidmət” birlikdə “Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi” üçün elektron sistem yaradıb.

Oxu.Az xəbər verir ki, Komitənin aparat rəhbəri Anar Quliyevin sözlərinə görə, əsas hədəf sahibkar-məmur əlaqəsini minimuma endirməklə, şəffaflığa nail olmaqdır.

“Bu gündən fəaliyyətə başlayan sistemə müraciət edildikdən etibarən 15 gün ərzində istismara icazə almaq mümkün olacaq. Ekspertizanın keçirilməsinə ehtiyac olmayan tikililər daha çox sadə konstruksiyalıdır, bir və ya iki mərtəbəli kiçik həcmli tikililərdir və aşırımlarının arasındakı məsafə 6 metrdən çox olmamalıdır. Məhz bu tələblərə cavab verən obyektlərin sifarişçiləri həm tikintiyə həm də istismara icazə üçün onlayn şəkildə bizə müraciət edə bilərlər”, - deyə A.Quliyev vurğulayıb.

Aparat rəhbəri qeyd etdi ki, tikintiyə icazə indikatoru üzrə Azərbaycan “Doing Business” sistemində 100 pillə irəliləyib.

Təsdiq edilən yeni qayda ilə tikintiyə icazə üzrə tələb olunan sənədlərin sayı 18-dən 7-yə,  xərclər 6700 manatdan 1500 manata düşüb.

Eyni zamanda, icazənin alınması üçün vaxt 116 gündən 35 günə salınıb.

Onun sözlərinə görə, tədricən ekspertiza tələb olunan iri tikililərin qeydiyyatı ilə bağlı proseslər də elektronlaşdırılacaq.

İlhamə Abdullayeva

VİDEO : İlhamə Kələyeva, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri