23 
Fev
2019
12:07
29
81
2011
Virtual karabakh

Sığorta şirkətlərinin ödənişləri azalıb - GÖSTƏRİCİLƏR

23 Fev, 2019
12:07
2011

Sığorta şirkətlərinin ödənişləri azalıb - GÖSTƏRİCİLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar ayında Azərbaycandakı 21 sığorta şirkətinə 88,195 milyon manat məbləğində sığorta haqqı daxil olub.

Oxu.Az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistikanı müqayisə etsək, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 17,156 milyon manat olub və bu illik müqayisədə 25,4% azdır.

2019-cu ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 19,45 manatı ödəniş edilib, 2018-ci ilin eyni dövründə isə bu göstərici 27,8 manat olub.

Ödənişlərin arasında könüllü sığorta növləri göstəricisi xüsusilə nəzərə çarpır. Belə ki, 2018-ci ilin yanvar ayında bu sığorta məhsulları üzrə ödəniş 17 milyon 992 manat olduğu halda, 2019-cu ilin yanvarında 10 milyon 793 manat təşkil edib.

İcbari sığortalar üzrə 2018-ci ilin yanvar ayında 10 milyon 901 min manat sığorta haqqı toplanmışdısa, 4 milyon 995 min manat da ödəniş olmuşdu. 2019-cu ilin yanvarında isə 15 milyon 606 min manat sığorta haqqı yığılıb və bunun 6 milyon 362 min manatı sığorta hadisələri nəticəsində müştəriyə ödənilib.  

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri