23 
Fev
2019
14:06
191
27
3425
Virtual karabakh

Əmanətlərin tam sığortalanması müddəti artırıldı

23 Fev, 2019
14:06
3425

Əmanətlərin tam sığortalanması müddəti artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyi təsdiq edib.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sənədə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti bir il artırılıb. 

Əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər yenidən qüvvədə olacaq.

Nəticədə, Əmanətlərin Sığortalanması Fonduna üzv bankların qəbul etdiyi əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla, növbəti bir il müddətində də tam sığortalanır. 

Bu isə o deməkdir ki, banklarla bağlı hər hansı sığorta hadisəsi baş versə, qoyulan vəsait Fond tərəfindən tam həcmdə əmanətçiyə qaytarılır.

Kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri