Mar
2019
12:47
23
195
3595
Virtual karabakh

AMB sədri: Fikirləşirlər ki, çoxlu pul çap edərsən və problem həll olunar

6 Mar, 2019
12:47
3595

AMB sədri: Fikirləşirlər ki, çoxlu pul çap edərsən və problem həll olunar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici valyuta ehtiyatları xarici borclarına nisbətdə olduqca normaldır, amma iqtisadi artım templəri Azərbaycanın iqtisadi potensialına alternativ deyil.

Oxu.Az xəbər verir ki, Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, dövlətin iqtisadiyyatdakı rolu azaldılmalıdır.

Qanunvericilik bazası sadələşməli, məhkəmə sisteminin rolu gücləndirilməli, maliyyə əlçatanlığı artırılmalı və maliyyə sektorunun sağlamlaşdırılması başa çatdırılmalıdır.

“Rəqabət insan kapitalı mərhələsinə keçir və bu sahədə işlər görməliyik. İnsan kapitalına investisiya mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, dünya iqtisadiyyatına açıq olmaq önəmli rol oynayır və bunu ildə iki dəfə iqtisadi artıma nail olan ölkələrin nümunəsində görə bilərik.

Qaydalı makroiqtisadi siyasətə keçid resurs ölkələri üçün, o cümlədən, Azərbaycan üçün çox əhəmiyyətlidir. Azərbaycan büdcə siyasətində buna başlayıb”, - deyə Mərkəzi Bank sədri vurğulayıb.

Onun sözlərinə görə, “Smart” texnologiyalarının inkişafına yönələn və əlavə dəyər zəncirinin pillələrini yaxşılaşdırmağa ehtiyac var:

“Azərbaycan elə bir vergi bazasına malik olmalıdır ki, özəl sektoru stimullaşdırsın. Ölkə iqtisadiyyatında nağd ödənişlərin xüsusi çəkisi yüksək olaraq qalır və buna görə ciddi institusional islahatlar aparılmalı, bank sektoruna inamı yüksəltməliyik, kölgə iqtisadiyyatını kölgədən çıxarmalıyıq”.

“Fikirləşirlər ki, çoxlu pul çap edərsən və problem həll olunar. Ancaq Mərkəzi Bankların əsas mandatı qiymətlərin sabitliyini qorumaqdır, çünki bu, hər bir Azərbaycan ailəsi üçün vacibdir.

Əhali və biznes gözləntilərini idarə etmək imkanına malik olmalıdır. Buna görə də iqtisadi sabitlik platformasını daha da dərinləşdirməliyik”, - deyə E.Rüstəmov bildirib.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri