13 
Mar
2019
11:01
12
61
2909
Virtual karabakh

Sənədlər yoxlanılıb, əlavə vergi hesablanıb - Kameralın nəticəsi

13 Mar, 2019
11:01
2909

Sənədlər yoxlanılıb, əlavə vergi hesablanıb - Kameralın nəticəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə aparılan kameral yoxlamalar nəticəsində Vergilər Nazirliyi təsərrüfat subyektlərinə ümumilikdə 431,7 mln. manat məbləğində əlavə vergi hesablayıb.

Oxu.Az xəbər verir ki, bu 2017-ci ilin göstəricisindən 0,4% çoxdur. Lakin hesablanan kameralın yalnız 167,8 mln. manatı dövlət büdcəsinə köçürülüb, bu da 2017-ci ilin göstəricisindən 2,9% azdır. 

Səbəb isə budur ki, kameral yoxlamalarla bağlı yerdə qalan vergi hesablanması üzrə məsələlər mübahisələndirilib və ya ödənişində gecikmə var. 

Qeyd edək ki, kameral yoxlamalar yalnız maliyyə sənədləri əsasında məsafədən həyata keçirilir və vergi ödəyicisinə məlumat verilir. Vergi ödəyicisi isə 5 gün ərzində bu yoxlamaların nəticələrindən şikayət vermək hüququna malikdir. 

Cari ildə Tax Free sistemi çərçivəsində isə müştərilərə 2 mln. 395,6 min manat qaytarılıb ki, bu da 2017-ci ilin göstəricisindən 17,5% çoxdur. Bu sistemin tətbiq olunduğu 2016-cı ildən etibarən ümumilikdə fiziki şəxslərə 5 mln. 123,9 min manat qaytarılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri