13 
Mar
2019
10:44
79
39
1472
Virtual karabakh

Neft Fondu banklara satdığı dolların həcmini artırdı

13 Mar, 2019
10:44
1472

Neft Fondu banklara satdığı dolların həcmini artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-fevral ayında Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 951,1 mln. ABŞ dolları məbləğində valyuta satıb. 

Oxu.Az xəbər verir ki, fondun yaydığı məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 mln. dollar çoxdur, faiz ifadəsində isə 43,4% artım deməkdir.

Bu qədər vəsait Bloomberg terminalı üzərindən Azərbaycanda fəaliyyət göstərən banklara satılıb. 

Qeyd edək ki, Neft Fondu 2018-ci ilin yanvar-fevral ayları ərzində 663,2 mln. ABŞ dolları məbləğində valyutanı manata dəyişmişdi. Manat vəsaitlərini isə Fond büdcə qarşısında öhdəliklərinə və digər xərclərə yönəldir. 

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri