13 
Mar
2019
18:23
209
41
1526
Virtual karabakh

Baş direktor: TANAP iyula kimi Azərbaycan qazını Avropaya nəql etməyə hazır olacaq

13 Mar, 2019
18:23
1526

Baş direktor: TANAP iyula kimi Azərbaycan qazını Avropaya nəql etməyə hazır olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Trans-Anadolu qaz kəməri (TANAP) 2019-cu il iyulun 1-dək “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazını Avropaya nəql etməyə hazır olacaq.

Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

“TANAP-ın Əskişəhərdən Yunanıstan sərhədinədək olan hissəsinin tikintisi üzrə işlərin 98%-i yerinə yetirilib. Aprelin 15-dən qaz kəmərinin bu hissəsinə sınaq məqsədilə qaz vurulacaq və iyulun 1-dək TANAP Avropaya qaz nəqlinə hazır olacaq”, - deyən baş direktor qeyd edib ki, Azərbaycan qazının TANAP və Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya nəqlinə 2020-ci ilin ortalarında başlanması gözlənilir.

O, TAP-ın artıq cari il ərzində TANAP-dan ilk qazı ala biləcəyinə, Avropaya kommersiya qazının tədarükünün isə 2020-ci ilin ortalarında başlayacağına əminliyini vurğulayıb.

Saltuk Düzyol bildirib ki, layihənin ilkin dəyəri 11,77 mlrd. dollar məbləğində qiymətləndirilir və planlaşdırılmış vəsaitlərə 41% qənaət edilməsi nəticəsində layihə üzrə faktiki xərclər 7 mlrd. dollaradək azalıb.

Qeyd edək ki, uzunluğu 1,85 min kilometr olan TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazı 2018-ci il iyunun 30-da verilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri