14 
Mar
2019
16:36
16
194
6419
Virtual karabakh

Azərbaycanın xarici borcu açıqlandı

14 Mar, 2019
16:36
6419

Azərbaycanın xarici borcu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 milyard 927 milyon ABŞ dolları təşkil edib.

Oxu.Az xəbər verir ki, bu göstərici ötən ilin yanvarın 1-i ilə müqayisədə 5% azdır.

Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri