15 
Mar
2019
12:03
39
63
3846
Virtual karabakh

Azərbaycana valyuta gətirən əsas məhsullar - MÜQAYİSƏLİ İNFOQRAM

15 Mar, 2019
12:03
3846

Azərbaycana valyuta gətirən əsas məhsullar - MÜQAYİSƏLİ İNFOQRAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici ixracında xam neftin payı 82,61 faiz olub. Rəqəmlərlə ifadə etsək, ölkəmiz 2 milyard 603 milyon 955 min dollar dəyərində 5 milyon 781 min 785 ton xam neft ixrac edib.

Dövlət Gömrük Komitəsinin fevral ayı üzrə statistikasına görə, Azərbaycan xaricə 212 milyon 357 min dollar dəyərində 2 milyard 20 milyon kub metr təbii qaz satıb.

Təbii qazın ixracdakı payı isə 6,74 faiz təşkil edib.

Ümumilikdə, ötən ilin göstəriciləri ilə müqayisədə xam neft ixracı dəyər ifadəsində 42,5%, miqdar ifadəsində isə 58,5% artıb.

Qaz ixracı isə dəyər ifadəsində 7,2 dəfə, miqdar ifadəsində isə 9,8 dəfə artıb.  

 

 

İlhamə Abdullayeva  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri