16 
Mar
2019
17:47
43
91
2169
Virtual karabakh

SOCAR “Sonatrach”la əməkdaşlıq edəcək

16 Mar, 2019
17:47
2169

SOCAR “Sonatrach”la əməkdaşlıq edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Əlcəzairin “Sonatrach” neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə qeyd olunub ki, SOCAR və “Sonatrach” şirkətlərinin beynəlxalq miqyaslı fəaliyyətlərində bir çox kəsişmə nöqtələri mövcuddur ki, bu da iki şirkət arasında daha sıx əməkdaşlıq üçün əsas yaradır.

Azərbaycanın qlobal brendi olan SOCAR dünyanın müxtəlif bölgələrində neft və qaz sənayesinin bütün dəyər zənciri üzrə əməliyyatlar və investisiya layihələrini həyata keçirir.

“Sonatrach” şirkəti son dövrdə həmçinin beynəlxalq əməliyyatlarını genişləndirərək, müxtəlif ölkələrdə, o cümlədən, Aralıq dənizi hövzəsində sərmayələr yatırıb və beynəlxalq bazarlardakı fəaliyyətlərini daha da genişləndirmək niyyətindədir.

Beləliklə, hər iki şirkət müxtəlif fəaliyyət sahələrində, o cümlədən hasilat, ticarət, araşdırma və inkişaf, habelə yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi kimi istiqamətlərdə potensial əməkdaşlıq imkanlarını araşdıracaq. 

Qeyd edək ki, SOCAR neft və qaz sənayesinin dəyər zənciri üzrə müxtəlif əməliyyatları, o cümlədən, satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə, 40-dan artıq ölkədə, 100-dən artıq satış məntəqələri arasında həyata keçirir. Şirkət ilbəil yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır.

Bununla yanaşı Azərbaycan daxilində həyata keçirilən hasilat, emal, nəql, kimya sənayesi və s. kimi bütün fəaliyyət sahələrində yeni tərəfdaşlıq imkanları da daim nəzərdən keçirilir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri