18 
Mar
2019
12:35
111
26
4170
Virtual karabakh

Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır

18 Mar, 2019
12:35
4170

Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılacaq. Komitədə müvafiq dövlət strukturlarının, bankların nümayəndələrinin iştirakı planlaşdırılıb. 

Oxu.Az xəbər verir ki, məqsəd prosesin həyata keçirilməsi zamanı yarana biləcək hər hansı narazılıqların obyektiv şəkildə həllinə nail olmaqdır.

Qeyd edək ki, fərman 800 000 nəfəri əhatə edir və iş prosesində də ola bilsin ki, cüzi problemlər yaransın. Bu halda hər bir şəxsin apellyasiya hüququ olacaq. Əgər nəzərə alsaq ki, bu gün problemli kreditlərlə bağlı kredit tarixçəsi olan minlərlə insan banklardan çıxarış alıblar.

Kompensasiya ya restrukturizasiya ilə bağlı qeyd edilən məbləğlə özünün əldə etdiyi hesabdan çıxarışla uzlaşma vaxtı hansısa suallar yarana bilər. O suallarla əlaqədar araşdırmanı məhz xüsusi Apellyasiya Komitəsi aparacaq.

Müraciət əsasında vətəndaşın suallarına cavab veriləcək, qeyd olunan məbləğin düzgün hesablanıb-hesablanmadığı, arada nəsə fərqlər varsa, ona da aydınlıq gətiriləcək.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri