23 
Mar
2019
17:27
319
51
2683
Virtual karabakh

Uruqvay Azərbaycan neftini idxal etməyə başlayıb

23 Mar, 2019
17:27
2683

Uruqvay Azərbaycan neftini idxal etməyə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay parlamentində görüşlər keçirib. 

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E. Məmmədyarov Uruqvay Şərq Respublikasının vitse-prezidenti, eyni zamanda Senatın sədri Lusia Topolanski, sonra isə Nümayəndələr Palatasının sədri Sesilia Bottino ilə görüşüb. 

Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin intensivləşməsi, xüsusilə parlament diplomatiyasının rolu yüksək qiymətləndirilib. Bu kontekstdə hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrə önəmli töhfə verdiyi qeyd olunub.
 
İki ölkə arasında siyasi sahədə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq ifadə edilərək, bu əməkdaşlığın iqtisadi, enerji, nəqliyyat və kənd təsərrüfatı istiqamətlərini əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə Uruqvayın Azərbaycan neftini idxal etməyə başlamasının təqdirəlayiq hal olduğu xüsusi qeyd edilib.
 
Görüş zamanı Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, müxtəlif ölkələrdəki erməni icmasının nümayəndələrinin təxribatçı fəaliyyətinin münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərdiyini bildirib. Digər tərəfdən, bu icma nümayəndələrinin vətəndaşı olduqları ölkələrin deyil, işğalçı Ermənistan dövlətinin maraqlarından çıxış etməsinin anlaşılan olmadığı vurğulanıb.
 
Uruqvay parlamentinin rəhbər vəzifəli şəxsləri münaqişə ilə bağlı Azərbaycanın mövqeyini anladıqlarını və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri