29 
Mar
2019
17:35
42
136
7701
Virtual karabakh

Kreditinə güzəşt olunan müştərilərin siyahısında problem yoxdur - AÇIQLAMA

29 Mar, 2019
17:35
7701

Kreditinə güzəşt olunan müştərilərin siyahısında problem yoxdur - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“DəmirBank”ın problemli kreditlər üzrə müştəriləri narahat olmasın. Bütün siyahı artıq sistemə yüklənib.

Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, “DəmirBank”ın hesabatları var və bu hesabatlar artıq sistemə yüklənib.

Sadəcə olaraq, “DəmirBank”ın özündə vahid “core banking” olmayıb. Ona görə də məhz proqramla bağlı yüklənmələr müxtəlif zamanları əhatə edib. Ancaq indi bütün məlumatlar pk.fimsa.az portalında var.

“DəmirBank”ın üç “core banking”i olduğu üçün digər məlumatlarla müqayisədə gec yüklənib. Artıq bütün siyahı var və istifadə zamanı texniki problem yaransa, vətəndaşlardan xahiş edirik ki, narahat olmasınlar. Proqram yeniləndikcə məlumatların hamısı görünəcək”.

Qeyd edək ki, hazırda ləğvetmədə olan “DəmirBank”da problemli krediti olanlar adlarını siyahıda tapa bilmədiklərindən şikayətlənirlər. Səbəb kimi onlar “bizə deyirlər ki, bu bank hesabatı Palataya verməyib, ona görə də sistemə yerləşdirilməyib” deyə qeyd edirlər.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri