10 
Apr
2019
12:42
394
18
8240
Virtual karabakh

“Kupça” dərdi bitir: elektron qaydada veriləcək

10 Apr, 2019
12:42
8240

“Kupça” dərdi bitir: elektron qaydada veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Bundan sonra kağız çıxarış dövrünə son qoyulur. 

Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı açıqlamaya görə, Prezident İlham Əliyevin təsdiq etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişikliklərə əsasən, aprelin 18-dən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1, 3, 7, 10 iş günündə yalnız elektron qaydada hazırlanacaq.

Elektron çıxarışlar isə Elektron Hökumət portalına yerləşdiriləcək. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılacaq.

Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdiriləcək. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq hesaba transfer olunacaq.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri