10 
Apr
2019
15:10
15
158
2521
Virtual karabakh

Üç ayda neçə ailə ipoteka krediti alıb?

10 Apr, 2019
15:10
2521

Üç ayda neçə ailə ipoteka krediti alıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar-fevral-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 52,4 mln. manat olub. 

Bu müddətdə 796 ailə ipoteka krediti almaq hüququ qazanıb. 

İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, 1 aprel 2019-cu il tarixinə İKZF-nin xətti ilə 26 mindən çox ailəyə 1,2 mlrd. manatdan artıq ipoteka krediti, eləcə də, 380,3 mln. manat məbləğində 7,854 min sosial ipoteka krediti verilib.

Hazırda 24 bank, 18 sığorta şirkəti və 17 qiymətləndirici İKZF-nin agenti qismində çıxış edir.

Qeyd edək ki, 2018-ci ildə 3,96 min ailəyə 273 mln. manat məbləğində ipoteka krediti verilib.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir.

Kreditlər üç ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir, ilkin ödəniş isə 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir, onun maksimum məbləği 100 min manat, müddəti 30 ilə qədər, ilkin ödəniş 10%, illik faiz dərəcəsi 4%-dən çox deyil.  

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri