10 
Apr
2019
20:56
110
140
2382
Virtual karabakh

Nazirlik: “Diqlas”dakı yanğından zərər çəkən daha 70 sahibkara yardım edilib

10 Apr, 2019
20:56
2382

Nazirlik: “Diqlas”dakı yanğından zərər çəkən daha 70 sahibkara yardım edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Diqlas” ticarət mərkəzində yanğın zamanı zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən  xəbərə görə, indiyədək 296 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 mln. 146 min manat ödənilməsi qərara alınıb. Aprelin 10-da daha 70 zərər çəkmiş sahibkarın bank hesabına 364 min manat məbləğində maddi yardım köçürülüb. İndiyədək İşçi Qrupu tərəfindən barəsində maddi yardımın ödənilməsi qərara alınmış 159 zərər çəkmiş sahibkara 1 mln. 142 min manat məbləğində maddi yardım ödənilib.

Qeyd edək ki, ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri