12 
Apr
2019
12:25
112
50
3336
Virtual karabakh

“METAK” üçüncü dəfə istiqraz buraxılışını həyata keçirir

12 Apr, 2019
12:25
3336

“METAK” üçüncü dəfə istiqraz buraxılışını həyata keçirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının nüfuzlu şirkətlərindən biri olan “METAK” nominal dəyəri 1000 AZN olmaqla, 3000 ədəd, bütövlükdə isə üç milyon manat həcmində istiqraz buraxılışına başlayıb.

İnvestisiya qiymətli kağızların növlərindən biri olan istiqrazları qanunvericiliyin tələblərinə tam uyğundur. Belə ki, istiqrazların qeydiyyatını həyata keçirən orqan olan Maliyyə Bazarlarına Nəzarət Palatası “METAK”ın faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarını qeydiyyata alıb və Qiymətli Kağızların Dövlət Reyestrindən də müvafiq Çıxarışı “METAK”a təqdim edib.

“METAK”ın Maliyyə meneceri İsmayıl Hümbətov bildirib ki, istiqrazların müddəti bir il, illik gəlirliliyi isə 10%-dir. Faiz gəlirinin ödəniş müddət isə 1 aydan bir (30 gün) müəyyən edilib. Emissiyanın anderrayteri “İnvest-AZ” Investisiya Şirkətidir. İstiqrazların ticarətə buraxılması növbəti həftədən mümkün olacaq.

Nəzərinizə çatdırmaq istərdik ki, 2019-cu ildə həyata keçirilən istiqrazların emissiyası sayca üçüncü emissiyadır. Birinci emissiyanın həcmi 2 milyon manat, ikinci  emissiyanın həcmi isə 3 milyon manat təşkil edib.

“METAK” şirkəti hər iki buraxılış qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərini və vəzifələrini vaxtında və tam həcmdə yerinə yetirib. Şirkətin əməkdaşı qeyd edib ki, “METAK”ın istehsal etdiyi məhsullara təlabatın artması istehsalın genişləndirilməsini tələb etdiyindən istiqraz buraxılışı ilə cəlb ediləcək üç milyon manatın bir hissəsi dövriyyə vəsaitinin artırılmasına, qalan hissəsi isə əsas vəsaitlərin alınmasına sərf ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri