17 
Apr
2019
12:26
141
48
1817
Virtual karabakh

Azərbaycan təbii qazının Avropaya ötürülməsində son mərhələ başlandı

17 Apr, 2019
12:26
1817

Azərbaycan təbii qazının Avropaya ötürülməsində son mərhələ başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan ikinci fazasında son mərhələyə başlanılıb.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, Avropaya qaz nəqli üçün nəzərdə tutulan ikinci fazanın istismara verilməsi çərçivəsində bu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlanıb. Cari ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

Ötən ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və birinci fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin ikinci fazası da son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədilə kəmərin Əskişəhərin Seyitgazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhədində bitən hissəsinin inşasını əhatə edir.

TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyaya qədər uzanan “Trans-Adriatik” (TAP) boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir.

TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin TAP-ın istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri