17 
Apr
2019
18:14
29
113
1110
Virtual karabakh

Xəzər məsələləri üzrə işçi qrupun növbəti iclası İranda keçiriləcək

17 Apr, 2019
18:14
1110

Xəzər məsələləri üzrə işçi qrupun növbəti iclası İranda keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası iyulda İranda keçiriləcək.

Bu barədə işçi qrupunun Nur-Sultanda keçirilən iclasının yekununda qəbul edilmiş kommünikedə deyilir.

Qeyd edək ki, iclas aprelin 16-17-də Qazaxıstanın paytaxtında keçirilib.

Azərbaycan iclasda Nazirlər Kabinetinin Aparatının rəhbəri, Azərbaycan Respublikasının Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupundakı nümayəndəsi Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclas zamanı tərəflər Xəzər dənizində birbaşa çıxış xətlərinin müəyyənləşdirilməsinin metodikası ilə bağlı müqavilənin layihəsini müzakirə ediblər.

Bundan əlavə iclasda Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirilib və Beşinci Xəzər Sammiti çərçivəsində əldə olunan razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri