17 
Apr
2019
19:53
54
185
2034
Virtual karabakh

Rusiya Vergi Xidməti və Azərbaycan Vergilər Nazirliyinin birgə işçi qrupu yaradılıb

17 Apr, 2019
19:53
2034

Rusiya Vergi Xidməti və Azərbaycan Vergilər Nazirliyinin birgə işçi qrupu yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın “Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi”nə uyğun olaraq, Rusiya Federasiyasının Federal Vergi Xidməti və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin birgə işçi qrupu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Federal Vergi Xidmətinin beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaç deyib.

Onun fikrincə, ekspertlərin hazırlıq səviyyəsi, təcrübə mübadiləsi, hər iki ölkənin vergi orqanlarının son illərdə əldə etdikləri nailiyyətlərə göstərilən maraq, bu formatın ikitərəfli əməkdaşlıq baxımından çox faydalı olacağına əminlik yaradır:

“Qeyd edim ki, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında yalnız Azərbaycan və Rusiya maliyyə hesabları üzrə informasiya mübadiləsinin qlobal sisteminə qoşulub. Biz artıq məlumat mübadiləsinə başlamışıq və proses davam edir. Düşünürəm ki, burada da qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün ciddi zəmin və imkanlar var. Hətta MDB ölkələrindən olan digər həmkarlarımızla danışa bilərik ki, onlar da bu prosesə qoşulsunlar”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri