18 
Apr
2019
19:07
370
54
3818
Virtual karabakh

Bakıda əczaçılıq zavodu inşa olunacaq

18 Apr, 2019
19:07
3818

Bakıda əczaçılıq zavodu inşa olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əczaçılıq zavodunun inşa edilməsi planlaşdırılır.

Bu barədə prezident İlham Əliyevlə İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin görüşü zamanı fikir səsləndirilib.

Söhbət zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin artdığı vurğulanıb, sənaye sahəsində uğurlu layihələrin həyata keçirildiyi bildirilib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin və əlavə imkanların olduğu qeyd olunub.

Görüş zamanı həmçinin ölkələrimizin birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun uğurla fəaliyyət göstərdiyi bildirilib.

Qeyd edək ki, Reza Rəhmaninin Azərbaycana bu səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri