19 
Apr
2019
10:37
19
123
5873
Virtual karabakh

Bu ali məktəblər qanunları pozub - Palata açıqladı

19 Apr, 2019
10:37
5873

Bu ali məktəblər qanunları pozub - Palata açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanları açıqlayıb. 

Palatanın hesabatına əsasən, nöqsanlar Azərbaycan Tibb Universiteti (ATU), Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) və Bakı Slavyan Universitetində (BSU) qeydə alınıb. 

2018-ci ilə büdcə qanunvericiliyini ATU yeddi dəfə, BTİA altı, BSU isə beş dəfə pozub.  

ATU-da əsaslı qoyuluşlar üzrə iki, dövlət əmlakının istifadəsi ilə bağlı bir, vergi və gömrük qanunvericiliyinin pozulması üzrə iki nöqsan aşkarlanıb. 

Ötən il dövlət satınalmaları ilə bağlı ATU-da üç, BTİA-da beş, BSU-da isə altı nöqsan qeydə alınıb. 

2018-ci ildə mühasibat uçotu və hesabatlılıqla bağlı ATU-da dörd, BTİA-da dörd, BSU-da isə altı nöqsan aşkarlanıb.

Bundan başqa, BTİA-da büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətdə bir nöqsan qeydə alınıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri