19 
Apr
2019
13:52
138
33
3198
Virtual karabakh

Səfirliklərin fəaliyyəti yoxlanıldı, nöqsanlar aşkarlandı

19 Apr, 2019
13:52
3198

Səfirliklərin fəaliyyəti yoxlanıldı, nöqsanlar aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirlər nəticəsində nöqsan aşkar etdiyi Azərbaycanın səfirliklərinin adlarını və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb. 

Palatanın hesabatına əsasən, nöqsanlar Azərbaycan Respublikasının Çexiya və Ukraynadakı səfirliklərində qeydə alınıb. 

2018-ci ilə büdcə qanunvericiliyini Çexiyadakı səfirliyimiz altı dəfə, Ukraynadakı isə iki dəfə pozub. 

Kiyevdəki səfirliyimizdə, həmçinin, əsaslı qoyuluşlar üzrə iki nöqsan, dövlət satınalmaları ilə bağlı iki nöqsan aşkarlanıb. 

Bundan başqa, vergi və gömrük qanunvericiliyinin pozulması üzrə Praqadakı səfirliyimizdə iki nöqsan, Kiyevdəki səfirliyimizdə isə bir nöqsan qeydə alınıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri