19 
Apr
2019
14:15
24
122
5312
yuxarı
Dövlət qurumlarında təftiş - Ən çox nöqsanlara yol verənlərin adları
19 Apr, 2019
14:15
5312
24
122
Dövlət qurumlarında təftiş - Ən çox nöqsanlara yol verənlərin adları
Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində ən çox nöqsan aşkar etdiyi dövlət qurumlarının adlarını açıqlayıb.
Məlumatlar Palatanın hesabatında öz əksini tapıb.
Belə ki, 2018-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 27, Dövlət Statistika Komitəsində 12, Diasporla İş üzrə Dövlət Komitəsində 17, Milli Elmlər Akademiyasında 18, Milli Arxiv İdarəsində 20, Ətraf Mühitin Mühafizəsi Departamenti və Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunda 16, Şəmkir rayon Səhiyyə İdarəsində 17, Axundov adına Milli Kitabxanada 15, “Azərişıq” ASC-də 18, “Bakı Metropoliteni” QSC-də 21, “Təmiz Şəhər” ASC-də 18 nöqsan qeydə alınıb.
Samir İsayev