19 
Apr
2019
11:56
35
127
1458
Virtual karabakh

Nazirlər İranla Azərbaycanın birgə gördüyü işlərdən danışdı

19 Apr, 2019
11:56
1458

Nazirlər İranla Azərbaycanın birgə gördüyü işlərdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda istehsal olunacaq avtobus və yük avtomobilləri xaricə də satılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş Sənaye” MMC-nin avtobus və yük maşınlarının istehsalı zavodunun təməlqoyma mərasimində məlumat verib.

Bildirib ki, İranla Azərbaycan arasında ticarət əlaqələri uğurla inkişaf edir. Nazirin sözlərinə görə, cari ilin ilk iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə, ticarət dövriyəsi dörd dəfədən çox artıb. 

“Pirallahı Sənayə Məhəlləsində təməli qoyulmuş dərman istehsalı zavodunun tikintisi də sürətləndiriləcək”.

Açılış mərasimində iştirak edən İran İslam Respublikasının sənayə, mədəniyyət və turizm naziri Rza Rəhmani bildirib ki, iki ölkə arasında ticari əlaqələrin inkişafı üçün böyük potensial mümkündür. O qeyd edib ki, bunun üçün şimal-cənub, şərq-qərb dəhlizlərindən daha geniş istifadə olunmalıdır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri