19 
Apr
2019
13:09
36
211
2006
Virtual karabakh

SOCAR və BP AÇG-də pay almaq üçün tenderə qatılmaq niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti, həmçinin, bütün tərəfdaşlar Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində satışa çıxarılacaq payların alınması məqsədilə tenderdə iştirak etmək niyyətindədir.

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, indiyədək bu layihədən böyük dividendlər əldə olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayında “ExxonMobil” AÇG-dəki 6,79%-lik payını, “Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi.

Xatırladaq ki, AÇG layihəsində pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, “Chevron” - 9,57%, “Inpex” - 9,31%, “Equinor” (keçmiş “Statoil”) - 7,27%, “ExxonMobil” - 6,79%, TPAO - 5,73%, “Itochu” - 3,65% və “ONGC Videsh Ltd.” (OVL) - 2,31%.

AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blokun 2050-ci ilədək işlənməsində dair yenidən işlənmiş saziş imzalanıb. 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri