20 
Apr
2019
12:44
197
119
1868
Virtual karabakh

Azərbaycan 2020-ci ildə Avropaya qaz tədarük etməyə başlayacaq

20 Apr, 2019
12:44
1868

Azərbaycan 2020-ci ildə Avropaya qaz tədarük etməyə başlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan qazının “Trans-Adriatik” (TAP) boru kəməri ilə Avropaya kommersiya tədarükü 2020-ci ilin ikinci yarısından başlayacaq.

“RİA Novosti”nin məlumatına görə, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.

“Azərbaycan qazının TAP kəməri ilə Avropaya kommersiya tədarükü 2020-ci ildə başlayacaq, lakin dəqiq ayı açıqlamayacağam. Qazın sınaq tədarükünə daha əvvəl başlanıla bilər”, - V.Əliyev jurnalistlərə deyib.

O əlavə edib ki, “Trans-Adriatik” boru kəmərinin tikintisində heç bir ləngimə yoxdur və 1 iyul 2019-cu il tarixində boru kəməri Azərbaycan qazının Avropaya nəqli üçün tam hazır olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri