22 
Apr
2019
09:12
242
22
7006
Virtual karabakh

Dollar kreditlərinə görə ödənişlər başladı - BU GÜNDƏN

22 Apr, 2019
09:12
7006

Dollar kreditlərinə görə ödənişlər başladı - BU GÜNDƏN

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən etibarən prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq,  Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlayıb.

Oxu.Az-ın məlumatına görə, ödənişlər kredit təşkilatları və poçt rabitəsi milli operatoru tərəfindən həyata keçirilir.

Bütün ödənişlərin fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

Kompensasiya alacaq şəxslərin sayı 602347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri