24 
Apr
2019
23:20
217
70
2233
Virtual karabakh

Azərbaycan neft tədarükündə Belarusa kömək etməyə hazırdır

24 Apr, 2019
23:20
2233

Azərbaycan neft tədarükündə Belarusa kömək etməyə hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus tərəfi müraciət edərsə Azərbaycan neft tədarükü ilə bağlı kömək edə bilər. Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov BELTA-nın müxbiri ilə söhbəti zamanı bu fikirləri səsləndirib.

Azərbaycan neftinin Belarusa tədarükü ilə bağlı sualı cavablandıran səfir bunun üçün bir maneə görmədiyini söyləyib:

“Bizim xalqlarımız çətin günlərdə həmişə bir-birlərini dəstəkləyiblər. Bu bizi birləşdirir. Biz hər zaman bir birimizə dayaq olmuşuq. Lazım gələrsə, Azərbaycan öz qardaşlıq borcunu yerinə yetirəcək. Şübhəm yoxdur ki, dövlət başçıları bu məsələylə əlaqədar ümumi dil tapacaqlar”.

Bununla belə, səfir Azərbaycandan Belarusa neft tədarükünün çətinliklərinin də olduğunu, enerji resurslarının bahalaşmadan nəqlini təmin edəcək optimal yolların axtarılmasının vacibliyini söyləyib.

“Bu məsələdə neftin nəqli marşrutundan başqa qaranlıq məsələ yoxdur, məhz bu Azərbaycan neftinin qiymətinə təsir göstərir. Məncə Qara Dəniz limanı vasitəsi ilə neft nəqli mümkündür”,- deyə səfir əlavə edib.

Qeyd edək ki, Belarus bundan əvvəl Rusiya neftinin keyfiyyətinin aşağı düşməsi səbəbindən Baltikyanı ölkələrə, Polşa və Ukraynaya neft məhsullarının ixracını dayandırıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri