May
2019
16:13
184
47
2172
Virtual karabakh

Azərbaycanın valyuta ehtiyatları artıb

3 May, 2019
16:13
2172

Azərbaycanın valyuta ehtiyatları artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 1-nə olan məlumata əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5 milyard 789 milyon ABŞ dolları təşkil edib.

Bununla bağlı AMB məlumat yayıb. 

Bildirilib ki, bu, aprelin 1-i ilə müqayisədə 10,4 milyon dollar və yaxud 0,2% çoxdur. Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 163,3 milyon dollar və yaxud 2,9%, son 1 ildə isə 323,2 milyon dollar və yaxud 5,9% artıb. 

Bundan başqa, Azərbaycanda pul bazası bu il mayın 1-nə 9 495,1 milyon manat təşkil edib. 

Bu, aprelin 1-i ilə müqayisədə 548,8 milyon manat və yaxud 6,1% çoxdur. Pul bazası ilin əvvəlinə nisbətən 50,6 milyon manat və 0,5% azalıb, son 1 ildə isə 1 082,1 milyon manat və yaxud 12,9% artıb.  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri