May
2019
16:54
67
31
1988
Virtual karabakh

“Expressbank” müştərilərinə 400 min manat cashback qaytarıb

3 May, 2019
16:54
1988

“Expressbank” müştərilərinə 400 min manat cashback qaytarıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xərclərinizi gəlirə çevirin” şüarı ilə istifadəçilərin rəğbət və sevgisini qazanan “Expressclub” yarandığı gündən bu günədək müştərilərinə 400.000 AZN vəsait qazandırıb.

“Expressbank”-ın kartlarına sahib olaraq “Expressclub”-un üzvünə çevrilən hər kəs ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 30 faizədək hissəsini karta geri alırlar. Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar. Hətta müştərilər bu imkandan “Expressclub” tərəfdaşı olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində faydalana bilir.

Bank 1000-ə yaxın satış və xidmət məntəqələrində keçirilən kampaniya və aksiyalar haqqında, həmçinin endirim barədə ilk olaraq xəbər tutmaları üçün müştərilərə “Expressclub” mobil əlavəsini də təqdim edir. (yükləmək üçün link: https://www.expressbank.az/expressclub-app) Həmçinin əlavə vasitəsi ilə müştərilər maksimum 90 gün ərzində nə qədər “cashback” qazandıqlarını da görə bilərlər.

Qeyd edək ki, əlavəni yükləyən hər kəs kampaniya və endirim xəbərlərindən faydalana bilərlər. Bankın “Expressclub” üzvü olan hər kəsə təqdim etdiyi bütün imkanlardan faydalanmaq üçün isə sadəcə “Expressbank”-ın istənilən plastik kart sahibi olması kifayətdir. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.exb.az/ vasitəsi ilə online sifariş etmək kifayətdir.

Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan “Expressbank”-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri