May
2019
11:09
65
161
1811
Virtual karabakh

Azərbaycanın neft-qaz sektoruna 80 milyard dollar sərmayə qoyulub

6 May, 2019
11:09
1811

Azərbaycanın neft-qaz sektoruna 80 milyard dollar sərmayə qoyulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Podratçılar tərəfindən 1995-ci ildən indiyədək Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 80 milyard ABŞ dollarından artıq məbləğdə sərmayə qoyulub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində “Yeni neft strategiyasının banisi” adlı məqaləsində qeyd edilib.

Bildirilib ki, hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi və 2 Risk Xidməti Sazişinin tərəfdaşlarıdır.

Məqalədə Heydər Əliyevin Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün həyata keçirdiyi tədbirlər vurğulanıb və Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə hesablanmış enerji strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də uğurla davam etdirildiyi bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri