May
2019
12:26
52
123
4774
Virtual karabakh

Güzəştli mənzillər üzrə yeni xidmət və qayda tətbiq olunacaq

6 May, 2019
12:26
4774

Güzəştli mənzillər üzrə yeni xidmət və qayda tətbiq olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, ölkə başçısının bu Fərmanının icrasını təmin etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemində müvafiq zəruri dəyişikliklər aparılıb. 

Agent banklardan güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq ilkin razılıq qərarının vətəndaşların elektron kabinetlərində yerləşdirilməsi xidməti və gözləmə qaydası ilə mənzil seçimi yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri