May
2019
11:03
71
162
3013
Virtual karabakh

Seçki nəticəsinin ləğvinin Türkiyəyə təsiri: lirə kəskin ucuzlaşa bilər

7 May, 2019
11:03
3013

Seçki nəticəsinin ləğvinin Türkiyəyə təsiri: lirə kəskin ucuzlaşa bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbuldakı seçki nəticələrini ləğv etməsi bu ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb

Onun sözlərinə görə, Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır:

“Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq.

Yalnız investorlar deyil, eyni zamanda, əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır”.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri