May
2019
22:40
273
126
10739
Virtual karabakh

Mikayıl Cabbarov: Birinci rübdə vergi plan-proqnozları 10,4% artıq icra olunub - VİDEO

7 May, 2019
22:40
10739

Mikayıl Cabbarov: Birinci rübdə vergi plan-proqnozları 10,4% artıq icra olunub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə biz vergi ödəyiciləri üçün keçid ili fəlsəfəsini təqdim etdik. Həm vergi inzibatçılığında, həm də vergi qanunvericiliyində əsas hədəf mövcud olan vərdişlərdən şəffaf münasibətə, mühasibatlığa, vergi müfəttişliyi ilə vergi ödəyicisi arasında münasibətlərin dəyişməsinə, şəffaflaşmasına, müasir Azərbaycanın vətəndaş-dövlət münasibətinə uyğunlaşmasına keçməkdən ibarət olub.

Bu barədə Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov İTV-nin “Diqqət mərkəzi” verilişində 2019-cu ilin 4 ayının fiskal göstəriciləri, vergi islahatlarının və qanunvericiliyə edilmiş dəyişikliklərin ilkin nəticələri, dövlət-biznes münasibətləri haqqında müsahibəsində bildirib.

Vergi sahəsində genişmiqyaslı islahatlardan danışan nazir qeyd edib ki, 2018-ci ildən başlayan bu islahatlar dövlət başçısı tərəfindən verilən siyasi çərçivəyə uyğun olaraq həyata keçirilib:

“2019-cu ilin ilkin nəticələri bizə deməyə əsas verir ki, yanvarın 1-dən qüvvəyə minmiş vergi sahəsində dəyişikliklər istədiyimiz nəticələri verməkdədir. İlin birinci rübünü də bu tendensiyanı qoruya bilmişik. Vergilər nazirliyinin xətti ilə dövlət büdcəsinin mədaxilləri plan-proqnozlardan daha yüksək icra olunub. Belə ki, xüsusilə qeyri neft sektorunda, həmçinin neft sektorundan ödənilən vergilərin həcmi həm 2018-ci ilin rəqəmləri ilə müqayisədə, həm də plan-proqnozdan yüksək olub”.

Nazirin sözlərinə görə, birinci rübdə vergi plan-proqnozları 10,4% artıq icra olunub:

“Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edib. Aprel ayında da bu dinamika qorunub saxlanılıb və təxminən bu rəqəmlər müvafiq olaraq 111% və 18% artıqdır. İslahatların ilkin nəticələrini müşahidə etməkdəyik”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri