May
2019
16:00
764
208
4043
Virtual karabakh

Nazir: Ləyaqətli və şərəfli fəaliyyət göstərib, yaşamaq daha düzgün yoldur

8 May, 2019
16:00
4043

Nazir: Ləyaqətli və şərəfli fəaliyyət göstərib, yaşamaq daha düzgün yoldur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biz alkoqollu içkilərin istehsalı sahəsində dövriyyələrin 1,8 dəfə artımına nail olmuşuq, halbuki alkoqollu içkilərə tətbiq olunan aksiz dəyişməyib, büdcə daxilolmalarında isə 3,2 dəfə artım qeydə almışıq. 

Bunu Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov İTV-də yayımlanan “Diqqət mərkəzi” verilişində dilə gətirib.

Nazirin sözlərinə görə, bu proseslərə 2018-ci ildə başlanılıb, aksizli məhsullara nəzarət gücləndirilib.

“Aksizli məhsul deyəndə, biz, əsasən, alkoqollu içkilər və tütün məmulatlarını nəzərdə tuturuq. Birincisi, bu klasterlərdə fəaliyyət göstərən istehsalçılar arasında fiskal intizam arzuolunan səviyyədə deyildi və nəticə etibarilə bu, dövlət büdcəsi üçün əhəmiyyətli itkilərə gətirib çıxarırdı”, - deyə, M.Cabbarov qeyd edib.

O bildirib ki, tütün məmulatları sahəsində dövriyyələrdə 7,9 dəfə artım müşahidə olunur:

“Bunun obyektiv səbəbi ilin sonunda ölkədə yeni böyük istehsalçının fəaliyyətə başlamasıdır. Oraya böyük sərmayələr qoyulub, yeni iş yerləri açılıb. Büdcə daxilolmaları 6,8 dəfə artıb. Lakin bu sahədə biz aksizin dərəcəsini də qaldırmışıq”.

M.Cabbarovun sözlərinə görə, görülən tədbirlər nəticəsində Azərbaycanda istehlak bazarında qaçaqmal məhsulların satışının qarşısı əhəmiyyətli dərəcədə alınıb və bu da rəsmi dövriyyənin artım səbəblərindəndir:

“İkinci səbəb ondan ibarətdir ki, bir çox ölkələrdə, Azərbaycan da istisna deyil, bu tip məhsullar qaçaqmalçılar, qeyri-qanuni istehsalçılar tərəfindən cəlbedicidir, çünki qeyri-qanuni hərəkətlərin nəticəsində əldə oluna bilən gəlir marjası cinayətkarları bu işə cəlb edir və təbii olaraq, bunu dözülməz hal kimi qəbul edirik.

Bu, təkcə aksizlərə aid deyil, klasterlərə, vergi ödəyicilərinə də aiddir. Qanunla yaşamaq, fəaliyyətini şəffaf qurmaq, qanunvericilikdə nəzərdə tutulan vergini ödəmək, ləyaqətli və şərəfli fəaliyyət göstərib yaşamaq oğurluqla, vergidən yayınmaqla, qaçaqmalçılıqla məşğul olmaqdan daha düzgün yoldur”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri