10 
May
2019
23:16
141
30
5259
Virtual karabakh

“Azərişıq” hava ilə bağlı gücləndirilmiş rejimə keçdi

10 May, 2019
23:16
5259

“Azərişıq” hava ilə bağlı gücləndirilmiş rejimə keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması “Azərişıq” ASC-ni bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur edib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a bildirib ki, axşam saatlarından etibarən əməkdaşlar baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub:

“Artıq canlı qüvvə və texnikamız hazır vəziyyətə gətirilib. Onlar baş verə biləcək qəzaların qarşısını almaq üçün çalışırlar. Digər qrup isə yağışlı-küləkli hava şəraitində baş verən fasilələri operativ aradan qaldırmaqla məşğuldur. Hazırda Zaqatala rayonu və ətraf ərazilərdə yaranan fasilələr aradan qaldırılıb, abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri