12 
May
2019
12:03
230
37
3044
Virtual karabakh

“Buta Airways” Ufaya birbaşa uçuşlara başladı

Bu gündən “Buta Airways” lou-kost aviaşirkəti Bakıdan Rusiyanın Ufa şəhərinə birbaşa uçuşlara başlayıb.

Oxu.Az-ın məlumatına görə, Ufa hava limanında aviareysin açılması münasibəti ilə mərasim keçirilib.

Açılış mərasimində bildirilib ki, uçuşlar cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir.

Qeyd edilib ki, Rusiyaya yeni istiqamətlərin açılması iki ölkə arasında turist axınını daha da artıracaq.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında (“Büdcə” və “Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində (“Super” tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri