16 
May
2019
09:37
102
63
2191
Virtual karabakh

Peter Haas Bakıya gəlir

16 May, 2019
09:37
2191

Peter Haas Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 17-də Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək.

Maliyyə Nazirliyindən verilən məlumata görə, Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

İclasda, həmçinin, Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

İclasda iştirak etmək üçün ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin 1-ci müavini Peter Haasın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri